Məşhur kino ssenarisi real olur - FOTO

Son günlərdə milyonlarla insanın izlədiyi "Squid Game" seriyası real həyata uyğunlaşdırılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bütün dünyada böyük maraqla izlənilən serial əsasında Abu Dabidə xüsusi bir yarışma keçiriləcək. 12 oktyabrda baş tutacaq tədbirdə, iştirakçılar "Qırmızı işıq", "Yaşıl işıq", konfet yarışması, kağız çevirmək və s. kimi oyunlar oynanılacaq.

Birləşmiş Ərəb Əmirliklərində Koreya Mədəniyyət Mərkəzi tərəfindən keçiriləcək yarışmada 30 nəfər mübarizə aparacaq. İki sessiyada baş tutacaq tədbirə artıq 300 nəfər müraciət edib. Sentyabrın 17 -də onlayn olaraq yayımlanıb və ABŞ-da zirvəyə çatıb. Koreya dilində çəkilən dram, ciddi iqtisadi çətinliklərlə üzləşən ümidsiz insanlardan bəhs edib.

Çıxış yolu tapmayan 456 oyunçu, 45 milyard cekpot qazanmaq ümidi ilə Koreya uşaq oyunlarından sonra modelləşdirilmiş bir sıra ölümcül döyüşlərdə iştirak edib. Mərkəzin hadisə səhifəsi, serialda görünən altı oyundan dördünün tədbir zamanı oynanacağını açıqlayıb. Bunlar "TikTok"da trend olan "Qırmızı İşıq", "Yaşıl İşıq" və "Dalgona Şirniyyatı" da daxil olmaqla "Ddakji" (kağız çevirmə) və mərmər oyununu təşkil edir. Ancaq yarışmada 45 milyard qazanan qalib əvəzinə, dramdan yaşıl rəngli şalvar mükafatlandırılacaq. Mərkəzin oyunlarının iki saatlıq, turnir tipli seanslarda keçiriləcəyi və mübarizədən kənarlaşdırılan oyunçuların qalan oyunları kənardan izləyə biləcəkləri gözlənilir.

Ancaq BƏƏ-nin "Squid Game" versiyasına qatılmaq üçün müraciət etmək istəyənlər, seriya haqqında əsas biliklərini yoxlayan üç sualdan ibarət bir form doldurmalıdırlar.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...