Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 721 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 721 mindən çox artıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 721 896 nəfər yeni koronavirusa yoluxub, 11 711 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 152 534 452, ölənlərin isə 3 198 528 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 32 047 478 nəfər. Siyahıda daha sonra Hindistan (19 925 604), Braziliya (14 725 975), Fransa (5 563 694), Rusiya (4 831 744), Böyük Britaniya (4 420 205), İtaliya (4 044 762), İspaniya (3 514 942), Almaniya (3 425 982) və Argentina (2 993 865) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...