İsrail koronavirus epidemiyasını nəzarət altına ala bilib

İsrail peyvənd kampaniyası sayəsində koronavirus epidemiyasını nəzarət altına ala bilib.

SİA İsrail KİV-lərinə istinadən xəbər verir ki, hazırda İsraildə əhalinin yarısından çoxu (5,3 milyon nəfər) koronavirusa qarşı peyvənd olunub.

Qeyd edək ki, yoluxma sayının azalmasından sonra İsrail 23 may tarixindən etibarən ölkəni yenidən turistlərə açacağını açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə