ABŞ Dövlət Departamenti Ermənistan ordusunu siyasətə qarışmamağa çağırıb

ABŞ Dövlət Departamenti Ermənistandakı bütün tərəfləri şiddətin artmamasına və ordunu siyasətə qarışmamağa çağırıb.

“Ermənistanda baş verən son hadisələrdən xəbərimiz var, vəziyyəti çox yaxından izləyirik. Bütün tərəfləri təmkinli olmağa və hər hansı bir gərginlik və zorakılığın qarşısını almağa çağırırıq.

Bütün partiyalara əsas demokratik prinsipi xatırladırıq ki, dövlətlərin silahlı qüvvələri daxili siyasətə qarışmamalıdır”, deyə vurğulanıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirilib ki, ABŞ Ermənistandakı demokratik prosesləri və institutları qətiyyətlə dəstəkləyir: “Biz Ermənistanda demokratiyanı və ölkənin suverenliyini dəstəkləməyə davam edirik. Siyasi liderləri Ermənistanın qanunun aliliyi, demokratiya və təsisatlara hörmət edərək fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırırıq”.

N.Prays əlavə edib ki, Dövlət Departamenti Ermənistanda çevriliş cəhdinin olub-olmadığı barədə bir nəticəyə gəlməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə