Ər-Riyadda güclü partlayış baş verib

Səudiyyə Ərəbistanının paytaxtında partlayış baş verib. SİA xəbər verir ki, bu barədə yerli mediada məlumatlar yayılıb.

İlkin məlumata görə, partlayış diplomatik məhəllədə baş verib. Yerli mediada yer alan xəbərlərə görə, bundan əvvəl Ər-Riyad səmalarında ballistik raketlərin zərərsizləşdirilməsinə dair məlumatlar da yayımlanıb.

Ölən və yaralananlar barədə hələ məlumat yoxdur. Eyni zamanda, İnternet resurslarında bu hadisəni əks etdiən çox sayda videolar yayılmaqdadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə