İranda sutka ərzində 389 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 389 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 47 875 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 12 950 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 948 749 nəfərə çatıb. Virus daşıyıcılarından 5 859 nəfərin vəziyyəti ağırdır. Sadat Lari qeyd edib ki, İranda indiyədək 658 292 nəfər koronavirusdan sağalıb. İranda indiyədək 6,08 milyondan çox diaqnoz testi həyata keçirilib. Nazirlik rəsmisi İranda 27 vilayətin qırmızı, 4 vilayətin isə narıncı zona olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...