İranda 6 134 nəfər koronavirusa yoluxub

İranda ötən sutka ərzində 6 134 nəfər koronavirusa (COVID 19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 556 891 nəfərə çatıb. Virus daşıyıcılarından 4 933 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 335 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 31 895 nəfərə yüksəlib.

İranda indiyədək 446 685 nəfər koronavirusdan sağalıb.

Ölkənin Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,65 milyondan çox diaqnoz testi həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...