Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 289 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 289 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 289 mindən çox artıb.

SIA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 1-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 289 321 nəfər yeni koronavirusa yoluxub, 6 142 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 17 396 943, ölənlərin isə 675 060 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 9 320 330 yoluxma və 355 217 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 357 465, ölənlərin sayı isə 212 978 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 072 194 yoluxma və 44 900 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə