Rusiyada son sutka ərzində 6 min 611 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində 6 min 611 nəfər koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bununla da ölkədə COVID-19 xəstələrinin sayı 687 min 862 nəfərə çatıb.

Son 24 saat ərzində daha 135 nəfər koronavirusdan ölüb və bununla ümumi say 10 min 296 nəfər olub.

Bu günədək 454 min 329 nəfər xəstəliyə qalib gəlib.

Hazırda Rusiyada 223 min 237 aktiv COVID-19 xəstəsi var.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...