“ÜST-nin gələcəyi üçün islahata ehtiyacı var" Yens Şpan

Almaniyanın səhiyyə naziri Yens Şpan şənbə günü ABŞ prezidenti Donald Trampın ÜST ilə əlaqələri kəsmək qərarını beynəlxalq səhiyyə üçün məyus edici zərbə adlandırıb. SİA xəbər verir ki, Almaniyanın səhiyyə naziri Yens Şpan bunu Twitterdə yazıb.

"Bu, beynəlxalq səhiyyə siyasətinə məyus edici bir zərbədir. ÜST-nin gələcəyi üçün islahata ehtiyacı var", deyə Span Twitterdə bildirib.

Onun sözlərinə görə, Avropa, maliyyə məsələsi də daxil olmaqla, bu işdə fəal iştirak etməlidir. Nazir bunun Almaniyanın Avropa Birliyi Şurasına sədrliyinin prioritetlərindən biri olacağını əlavə edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp, ölkəsinin "ÜST ilə əlaqələrə son verdiyini, çünki təşkilatın tələb olunan islahatları həyata keçirməkdən imtina etdiyini" bildirib. Onun sözlərinə görə, ABŞ "bu vəsaiti təcili sağlamlıq ehtiyacları üçün bütün dünyaya yönəldəcək".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...