Sabiq nazir qətl ittihamı ilə həbs olundu UKRAYNADA

Kiyevin Şevçenko rayon məhkəməsi Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Leonid Kojaranı qəsdən adam öldürmə ittihamı ilə həbs edib. SİA İtar Tass-a istinadən xəbər verir ki, sabiq nazir “İnter” telekanalının eks-direktoru Sergey Staritskini qətlə yetirməkdə ittiham olunur. Kojarın iki aylıq həbsi qərarı qapalı iclasda verilib.

Məhkəmə eyni zamanda 14,833 milyon qriven (530 min ABŞ dollarına yaxın) girov da təyin edib. Əgər Kojara bu girovu ödəsə elektron qolbaq daşıyacaq və istintaqa gedəcək, eləcə də şahid və zərərçəkənlərlə görüşməyəcək.

Prokurorluq isə Ukrayna diplomatik idarəsinin sabiq rəhbərinin girov ödəmədən həbs olunmasını tələb edib.

Kojara martın 25-də həbs edilib. İstintaq tədbirləri nəticəsində bəlli olub ki, Kojaranın mənzilində Staritskinin meyiti tapılıb.Keçmiş XİN naziri və arvadı iddia ediblər ki, mərhum intihar edib.

Xatırladaq ki, Kojara 2012-2014-cü illərdə Ukrayna XİN-nə rəhbərlik edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə