“Diamond Princess” kruiz gəmisindəki 44 ABŞ vətəndaşında yeni növ koronavirus aşkar edilib

Yaponiyanın Yokohama dəniz limanında karantin altında saxlanılan “Diamond Princess” kruiz gəmisində səyahət edən 44 ABŞ vətəndaşında yeni növ koronavirus aşkar edilib.

SİA xəbər verir ki, bu barədə “The Washington Post” amerikalı virusoloq, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçiyə istinadən məlumat yayıb.

Fauçi xəstəliyin yayılmasına qarşı mübarizə aparmaq üçün Ağ Evin rəhbəri Donald Tramp tərəfindən yaradılan xüsusi qrupun üzvüdür.

Onun sözlərinə görə, gəmidə təxminən 400 amerikalı olub. Birləşmiş Ştatlar öz vətəndaşlarının gəmidən təxliyəsinə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə