Bu da yaponların “gözəgörünməz” qatarları

Bu qatarın bütün vaqonlarını yarım əksetdirici örtüklə bağlamaq planlaşdırılır

Yüksək texnologiyalar üzrə ixtisaslaşmış Yaponiya saatda 300 kilometrdən də çox sürətlə hərəkə edən qatarlarla kifayətlənmir. Bu dəfə Asiya ölkəsində "gözəgörünməz" qatarlar hazırlanır. Bu qatarın bütün vaqonlarını yarım əksetdirici örtüklə bağlamaq planlaşdırılır. Nəticədə onlar praktiki olaraq ətraf mənzərədən seçilməyəcək.

Layihə "Seibu Group" kompaniyasının sifarişi ilə memar Kazuyo Sejima tərəfindən hazırlanır. Məşhur "Red Arrow" şəhərətrafı qatarının yeni versiyası kompaniyanın yubileyində ictimaiyyətə təqdim olunacaq. 2018-ci ildən başlayaraq isə bu qatarlar sərnişinlərin istifadəsinə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə