Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Livandakı hadisələri müzakirə etmək üçün oktyabrın 20-də fövqəladə iclas keçirəcək.
SİA-nın əldə etdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurasına sədrlik edən Sloveniya Əlcəzairin təcili iclas tələbini qəbul etdiklərini açıqlayıb.
BMT TŞ-nin fövqəladə sessiyası 20 sentyabr Türkiyə vaxtı ilə saat 22.00-da (yerli vaxtla 15.00) başlayacaq.
Xatıradaq ki, sentyabrın 18-də ''Hizbullah''ın istifadə etdiyi rabitə vasitələrinə hücum edilib.
Livan Səhiyyə Nazirliyi partlayışlar nəticəsində 2-si uşaq olmaqla 12 nəfərin öldüyünü, 300-ü ağır olmaqla 2800-ə yaxın insanın yaralandığını açıqlayıb.
Ötən gün ölkədə radioqəbuledicilərin partlaması nəticəsində 20 nəfərin öldüyü, 450-dən çox insanın yaralandığı bildirilib.
Livan rəsmiləri İsrailin hücumlara görə məsuliyyət daşıdığını açıqlayıb. İsrail isə məsələ ilə bağlı açıqlama verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə