İsrailin ölüm yağdırdığı Qəzzada ölənlərin sayı 41 min 226 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 346 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saat ərzində Qəzza zonasının müxtəlif bölgələrinə 3 basqın təşkil etdiyi və bu hücumlarda daha 20 fələstinlinin həyatını itirdiyi, 76 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzzə səhrasına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 41 min 226-ya, yaralıların sayı isə 95 min 413-ə yüksəlib. Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə