Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində, Fərat çayı yaxınlığında, rejim qüvvələri ilə PKK/YPG terrorçuları arasında təmas xətti olan ərazidə toqquşmalar baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda Fərat çayının qərbində yerləşən rejim qüvvələri terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Kişkiyye, Əbu Hamam, Sabha və Dhele qəsəbələrinə qurudan-yerə silahlarla hücuma keçib.
Terror təşkilatı PKK/YPG buna cavab olaraq rejim qüvvələrinin yerləşdiyi Muhasan rayonuna qurudan-yerə silahlarla hücum edib. Onlarla ailə münaqişə və bombardmanların baş verdiyi xətt boyunca didərgin düşüb. Digər tərəfdən, Şuheyl və Busayra rayonlarında PKK/YPG ilə ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin təzyiqi altında olan ərəb qəbilələri arasında qısa müddət ərzində qarşıdurma yaşanıb. Gecə boyu davam edən qarşıdurma və bombardmanlar nəticəsində aralarında uşaqların da olduğu 5 mülki şəxs yaralanıb. Yaralılar ətraf xəstəxanalara göndərilib. Fərat çayının qərbində yerləşən rejim ordusu ilə onun sıralarında olan İranın dəstəklədiyi qruplar ilə Fərat çayının şərqini işğal edən PKK/YPG terrorçuları arasında zaman-zaman qarşıdurmalar baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB