Zelenski İsveçrədə keçirilən sammitdə alçaldılıb..?

Bunu rus saytları iddia edirlər...

...İsveçrədə Ukraynanın sülh yolu ilə nizamlanması üzrə sammit Kiyev rejiminin lideri üçün tam biabırçılığa çevrilib. Vladimir Zelenski görüşün Rusiyanın iştirakı olmadan baş tutacağını xəyal edirdi, həqiqətən də, Rusiya Bürgenstota dəvət olunmadı, lakin sammitin tribunasından ilk çıxış edənlər Moskvanın iştirakı olmadan Ukraynada sülhün olmayacağını etiraf etdilər.

Deməli, SİA-nın əldə etdiyi məlumata görə, əksər rus saytları belə yazır və faktlar da göstərirlər...

Məsələn, Zelenskinin ən yaxşı dostlarından biri olan Almaniya kansleri Olaf Şolz, “Rusiyanı dialoqa cəlb etmək lazım idi”-deyib.

...Türkiyənin xarici işlər naziri Hakan Fidan bu fikrə əl ataraq bildirib ki, əgər Rusiya da bu sammitdə iştirak etsə idi, İsveçrədə keçiriləcək sammit daha səmərəli ola bilər.

...Daha sonra Fransa prezidenti Emmanuel Makron açıq şəkildə bildirdi ki, Ukraynada sülh yolu ilə nizamlanma Rusiyasız mümkün olmayacaq. O bildirib ki, sülh prosesində iştirak edən ölkələrin dairəsini genişləndirmək lazımdır.

Sonda Finlandiya Prezidenti Aleksandr Stubb görüşə yekun vuraraq bildirib ki, Ukrayna ilə bağlı ikinci konfransı tez bir zamanda keçirmək lazımdır.

Xatırladaq ki, iyunun 14-də Vladimir Putin Ukraynada sülh yolu ilə nizamlanma planını təklif edib.

Xüsusilə, Kiyev öz qoşunlarını Rusiyanın yeni regionlarının ərazisindən çıxarmalı, NATO-ya daxil olmaq planlarından əl çəkməli, onun bloklara qoşulmamaq və nüvə silahından azad statusunu tanımalıdır.

...Və yenə də xatırladaq ki, dünən İsveçrənin Bürgenstok şəhərində Ukrayna üzrə sülh konfransı açılıb. Rusiya tərəfi sammitdə iştirak etmir. Moskvanın strateji tərəfdaşı Çin də İsveçrəyə getməkdən imtina edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə