Qərb artıq Putinin siqnallarını eşidib...

...Qərbdəki siyasətçilər Vladimir Putinin silah tədarükü ilə bağlı siqnalını eşidiblər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu xarici işlər naziri Sergey Lavrov Pavel Zarubinə müsahibəsində deyib.

...Mən heç şübhə etmirəm ki, onlar başa düşəcəklər, orada hələ də təhlil etməyi bilənlər var və onlar öz radikal elektoratını razı salmaq üçün sadəcə olaraq eskalasiya ilə məşğul olmurlar, məncə, onlar başa düşüblər və nəticə çıxaracaqlar.

Qeyd etdiyimiz kimi, Rusiya diplomatiyasının rəhbəri bildirib bunu.

Onu da qeyd edək ki, bu həftə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı Rusiya prezidenti bildirib ki, Moskva hələlik digər ölkələrə uzaqmənzilli silahlar vermir, lakin gələcəkdə bunu istisna da etmir.

Putin onu da qeyd edib ki, silahların ötürülməsi Qərbin Ukraynaya silah göndərməsinə güzgü cavabı olacaq.

...Yeri gəlmişkən, əvvəllər Kiyevi silahla təmin edən ölkələr Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirmək üçün icazə vermişdilər.

Bu gün Vaşinqton Ukraynanın artıq bu icazədən yararlandığını təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə