Çin və ABŞ liderlərinin telefon danışığı olub

Aprelin 2-də Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələlərinə və tərəfləri maraqlandıran mövzulara dair fikir mübadiləsi aparılıb. Tərəfləri narahat edən məsələlərin həlli üçün təmasların davam etdirilməsinin vacibliyi vurğulanıb. Liderlər Ukrayna böhranı və Koreya yarımadasındakı vəziyyəti də müzakirə ediblər.

Qeyd edək ki, dünyanın 2 ən böyük iqtisadiyyatına malik ölkələri olan ABŞ və Çinin liderləri sonuncu dəfə ötən ilin noyabrında San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısı çərçivəsində görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə