Edam cəzasına məhkum edilmiş 8 zabit azad edildi

Qətər məhkəməsi əvvəllər casusluq ittihamı ilə edam cəzasına məhkum edilmiş 8 Hindistan dəniz zabitini azadlığa buraxıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qətər məhkəməsi ötən ilin oktyabrında 2022-ci ildə casusluq ittihamı ilə həbs edilən 8 Hindistan dəniz qüvvələri zabitinə ölüm cəzası verib, yanvar ayında isə hindistanlı zabitlərin edam cəzası həbs cəzasına çevrilib. Bu gün verilən açıqlamada məmurların sərbəst buraxıldığı açıqlanıb. Hindistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, azad edilən 8 zabitdən 7-nin ölkəsinə qayıtdığı qeyd edilib. Açıqlamada Qətər Əmirliyinin zabitlərin azad edilərək evlərinə qaytarılması qərarı alqışlanıb.

Qətər və Hindistandan verilən açıqlamalarda zabitlərə verilən cəzanın səbəbləri açıqlanmasa da, İngiltərə mətbuatı zabitlərin İsrail adına casusluqda ittiham edildiyini açıqlayıb. Qətərin edam hökmündən sonra Hindistanın verdiyi açıqlamada "dərin sarsıntı keçirdikləri" və Hindistan Xarici İşlər Nazirliyinin edam cəzasına etiraz etdiyi bildirilib. Müttəfiqlər Hindistan və Qətər arasında da müxtəlif razılaşmalar var. Hindistan Qətərdən 2048-ci ilin sonuna qədər maye qaz idxalı üçün 78 milyard dollarlıq müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə