ABŞ Qayananın suverenliyinə sarsılmaz dəstəyini ifadə edib

Venesuela və Qayana mübahisəli Essequibo bölgəsi ilə bağlı vəziyyəti müzakirə edəcəklər

Dekabrın 14-də Venesuela prezidenti Nikolas Maduro və Qayana prezidenti Məhəmməd İrfaan Əli ərazisi Qayanaya aid olan və Venesuelanın ilhaq etmək qərarına gəldiyi Essequibo bölgəsini müzakirə etmək üçün görüşəcəklər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, ikitərəfli görüş Venesuela Prezidenti və BMT-nin Baş katibi Antonio Quterreş ilə Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin müvəqqəti prezidenti vəzifəsini icra edən Sent Vinsent, eləcə də Qrenadin adalarının baş naziri Ralf Qonsalves arasında baş tutan söhbətdən sonra elan edilib.

Prezidentlərin planlaşdırılan görüşünü şərh edən Venesuela bildirib ki, bu görüş “Latın Amerikası və Karib hövzəsini sülh zonası kimi qorumaq istəyi” naminə keçiriləcək.

Qayana Prezidentinin Ofisi görüşün baş tutacağını izah etsə də, lakin burada Qayananın quru sərhədinin müzakirə olunmayacağını bildirib.

Agentlik qeyd edir ki, Maduro ilə Venesuelanın Qayana ilə münasibətləri ilə bağlı söhbətində Braziliya prezidenti Luiz İnasio Lula da Silva dialoqa çağırıb və “vəziyyətin gərginləşməsinə səbəb ola biləcək birtərəfli tədbirlərdən çəkinməyi” tövsiyə edib.

Yeri gəlmişkən, bu arada Birləşmiş Ştatlar Qayananın suverenliyinə sarsılmaz dəstəyini ifadə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə