Misirdə Beynəlxalq Müdafiə Sənayesi Sərgisi – “EDEX 2023”

40 ölkədən 400-ə yaxın şirkətin gəldiyi “EDEX 2023” sərgisinin açılışı Misir prezidenti Əbdülfəttah əs-Sisi və müdafiə naziri Məhəmməd Zəkinin iştirakı ilə keçirilib

“Aselsan”, “Baykar”, BMC və “Canik” kimi Türkiyə firmalarının qatıldığı Misir Beynəlxalq Müdafiə Sənayesi Sərgisi – “EDEX 2023” Misirin paytaxtı Qahirədə qapılarını yerli və xarici qonaqların üzünə açdı. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

40 ölkədən 400-ə yaxın şirkətin gəldiyi “EDEX 2023” sərgisinin açılışı Misir prezidenti Əbdülfəttah əs-Sisi və müdafiə naziri Məhəmməd Zəkinin iştirakı ilə keçirilib.

Açılış nitqi ilə çıxış edən müdafiə naziri M.Zeki müdafiə sənayesi sərgisinin beynəlxalq və regional təhlükəsizliyi sarsıdan müharibələr fonunda xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək deyib: “Misir Silahlı Qüvvələri hər zaman ölkənin təhlükəsizliyini və sabitliyini qoruyacaq. Təhlükəsizlik və sülhə dəstək verən ölkələrlə əməkdaşlıq edərək hər cür hücumu aradan qaldıra biləcək gücə çatmağa çalışırıq.

Bu gün ölkə prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən açılan və bu il üçüncü dəfə keçirilən “EDEX 2023” sərgisi dekabrın 7-dək davam edəcək.

Sərgiyə Səudiyyə Ərəbistanı, Braziliya və Ermənistan kimi ölkələrdən böyük maraq var”.

Bütün xəbərlər Facebook səhifəmizdə