Belarusun Qrodno Regional Məhkəməsi vasitəsilə “Gerveçyay klubu” beynəlxalq ictimai təşkilatı ləğv edilir. Bununla bağlı iclas noyabrın 23-nə təyin edilib.
SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, təşkilat 30 ilə yaxın fəaliyyət göstərib və Litva ilə Belarus arasında əməkdaşlığı inkişaf etdirib. Eyni zamanda, o, Belarusun rəhbərliyinin kursunu dəstəkləyib.
Qeyd edək ki, təşkilat 1994-cü ildə Ostrovets rayonunun Rımdyunı kəndində qeydiyyatdan keçib. Bu, Litva təşkilatlarından biridir - əvvəllər onlardan altısı var idi. Əvvəllər qurum Astrovets Rayon İcraiyyə Komitəsi və Litvanın Belarusdakı səfirliyi ilə birgə tədbirlər təşkil edib, kitabların nəşrinə köməklik edib.
Onu da qeyd edək ki, təşkilatın 394 üzvü var idi. Təşkilatın məqsədi Belarus və Litva xalqları arasında əməkdaşlıq və etimadın eləcə də qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, tarixi yaddaşın, mədəniyyətin qorunmasıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, təşkilatın rəhbərliyi təşkilatın “Belarus Respublikası rəhbərliyinin apardığı kursu dəstəklədiyini” bildirir, amma...
Bir müddət bundan əvvəl litvalıların “Gimtine” ictimai birliyi də ləğv edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə