Ekstremizmə çağırışlar ittihamı ilə həbs edilən Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki və Donetsk separatçılarının keçmiş “müdafiə naziri” İqor Strelkov (Qirkin) istintaq təcridxanasından gələn il Rusiya prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, “Sota” nəşri Strelkovun prezidentliyə namizədliyi barədə məktubu onun yoldaşları Oleq Nelzin tərəfindən yaradılmış Strelkov Uğrunda Rusiya Hərəkatının həmsədri tərəfindən oxunduğu video yayımlayıb.
Məktubda Strelkovun tərəfdaşlarına təşəbbüs qrupunun yaradılması və imzaların toplanması üçün qərargahın yerləşdirilməsi ilə bağlı göstərişlər, eləcə də müxtəlif ictimai təşkilatlardan dəstək çağırışları yer alıb.
Xatırladaq ki, Strelkov seçkilərdə iştirakının mümkünlüyünü ilk dəfə avqustda, həbsindən az sonra elan edib.
O, qərarını eyni vaxtda bir neçə sahədə özünü indiki Rusiya prezidenti Vladimir Putindən üstün hesab etməsi ilə əsaslandırıb.
Strelkovun fikirlərini bölüşən bir sıra simalar isə onun niyyətini tənqid edərək, Putinə simvolik meydan oxumaqla onun azadlığa çıxmaq şansını daha da pisləşdirəcəyi fikrini bildiriblər.
Xatırladaq ki, Strelkov 2023-cü il iyulun sonunda Rusiya hakimiyyətini tənqid edən yazılarına görə həbs edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə