Peskov Avropanın ikiüzlülüyündən danışıb

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropanın qeyri-səmimiliyindən danışıb. Dövlət xadimi qeyd edib ki, insan haqları və Avropa dəyərləri Qərb üçün “qutta-perça”ya çevrilib. Bu, onların çox çevik, elastik və uzanan olması deməkdir.

SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı mətbuat katibi bu fikirləri “Moskva. Kreml. Putin.” proqramında danışarkən bildirib.

Qeyd edək ki, Peskov hesab edir ki, Qərbin Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə və Moskvaya hücumlarına məhəl qoymaması, onların dəyərlərinin yalnız onlar üçün əlverişli olan zaman mövcud olduğunu göstərir. Siyasətçi misal olaraq Fyodor Tyutçevin bir şeirini nümunə kimi göstərib və onun fikrincə, bu, Qərb dünyasını xarakterizə edir.

O, həmçinin Rusiyanın xüsusi hərbi əməliyyatı qələbəyə çatdırmalı və ona görə də vəziyyətin inkişafı üçün alternativ variantlar ola bilməyəcəyini bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə