"Hürjet" adlı ilk hərbi təyyarənin mühərriki işə salınıb

Türkiyənin yerli istehsal olan "Hürjet" adlı ilk hərbi təyyarəsinin mühərriki işə salınıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

Pilotların təlim keçməsi və yüngül hücum üçün nəzərdə tutulan təyyarənin yerdə sınaqlarının başladığı qeyd olunur.

ABŞ istehsalı mühərriklə sınaqlara başlayan təyyarənin ilk prototipi bu ilin mart və ya aprel ayında uçuşlara başlayacaq.

Təyyarənin 2025-ci ildən başlayaraq istifadə edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə