Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) 29 Yanvar Qərbi Trakiya Türklərinin Milli Müqavimət və Sosial Həmrəylik Günü münasibətilə mesaj yayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Nazirliyin “Twitter” hesabında yer alan mesajda yazılır: "29 Yanvar Milli Müqavimət və Sosial Həmrəylik Günündə Qərbi Trakiya türk soydaşlarımızı salamlayır, kimlik soyqırımına qarşı haqlı mübarizələrində onların yanında olduğumuzu bildiririk. Mübarizənin aparıcı adı olan doktor Sadık Əhmədə Allahdan rəhmət diləyir və onu hörmətlə yad edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə