Ukraynada sülhün yeganə yolu bu ölkəyə silah verməkdir?

Ukraynada uzunmüddətli sülhün yeganə yolu ona daim silah verilməsidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

“Paradoksaldır ki, Ukraynada uzunmüddətli sülhün yeganə yolu Kiyevə hərbi təchizatı davam etdirməkdir. NATO hesab edir ki, Ukraynada sülh yalnız Rusiya qələbə qazanmasa, əldə edilə bilər”, - deyə Stoltenberq bildirib.

Onun sözlərinə görə, hazırda alyans ölkələri “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə ötürülməsi imkanlarını müzakirə edirlər.

Stoltenberq həmçinin, NATO Ukraynanın alyansa qoşulmaq istəyini tanıdığını, lakin hazırda onun əsas prioriteti ölkəyə “təcili yardım” olduğunu bildirib.

NATO rəhbərinin sözlrinə görə, bu Ukraynaya “özünü müdafiə etməyə və enerji infrastrukturunu təmir etməyə” imkan verəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə