Rus alimlər döyüşə getməsin!?.

Rusiyanın Müdafiə Nazirliyi elm adamlarına, alimlərə hərbi xidmətə çağırışdan möhlət verməkdən imtina edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hərbi idarədən müvafiq qanun layihəsinə mənfi cavab verilib.

Belə ki, nazirlik hesab edir ki, səfərbərlikdən möhlət haqqında prezidentin sərəncamının genişləndirilməsi “uyğun deyil”, yəni bununla bağlı görülən tədbirlər artıq kifayətdir.

Rusiya Dövlət Dumasının deputatı Kseniya Qoryaçevanın sözlərinə görə, elmlər doktorları və namizədlərinin arxa cəbhədə çalışması guya ölkəyə xeyir verir.

“Biz alimlərin iqtisadiyyat üçün əhəmiyyətini də xatırlamalıyıq”. Qeyd edək ki, bunu rusiyalı deputat Telegram-da yazıb:

Xatırladaq ki, namizədlərin və elmlər doktorlarının qismən səfərbərlik çərçivəsində hərbi xidmətdən azad edilməsini təklif edən sənəd oktyabrın sonunda Dövlət Dumasına baxılmaq üçün təqdim edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə