Dortmund “Borussiya”sı evdə xal itirib, “Verder” iki cavabsız qolla qalib gəlib

Futbol üzrə Almaniya Bundesliqasında 16-cı turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

“Hoffenhaym” – “Arminiya” və “Köln” – “Herta” matçlarında qapılara qol vurulmayıb. “Volfsburq” – “Leyptsiq”, “Ştutqart” – “Borussiya” (Münhenqladbax) oyunları da heç-heçə bitib. Dortmund “Borussiya”sı da “Maynts”la ev oyunundan xal itkisi ilə ayrılıb.

Günün yeganə qalibi “Auqsburq”u iki cavabsız qolla məğlub edən “Verder” olub.

Almaniya Bundesliqası

16-cı tur

16 yanvar

Hoffenhaym – Arminiya 0:0

Köln – Herta 0:0

Volfsburq – Leyptsiq 2:2

Qol: Veqorst, 22. Şteffen, 35 – Mukiele, 5. Orban, 54.

Verder – Auqsburq 2:0

Qol: Selassie, 84. Aqu, 87.

Borussiya (Dortmund) – Maynts 1:1

Qol: Munye, 73 – L.Öztunalı, 57.

Ştutqart – Borussiya (Münhenqladbax) 2:2

Qol: N.Qonsales, 58. Vamanqituka, 90+6-pen – Ştindl, 35-pen. Zakaria, 61.

15 yanvar

Union – Bayer 1:0

Qol: Toyxert, 88.

17 yanvar

18:30 Bavariya – Frayburq

21:00 Ayntraxt – Şalke

Bütün xəbərlər Facebook səhifəmizdə