"Neftçi"nin daha bir futbolçusunda koronavirus aşkarlandı

"Neftçi" klubunun daha bir futbolçusu koronavirusa yoluxub. SİA-nın məlumatına görə, Anton Krivotsyukun testi müsbət nəticələnib.

22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının XI turunda "Zirə" ilə matçı buraxıb.

Albaniyalı oyunçu Bruno Teluşidə isə zədə səbəbindən komandasına kömək edə bilmir.

Artıq "Neftçi"nin kapitanı Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusdan sağalıb.

Qeyd edək ki, "Neftçi" - "Zirə" matçında ilk hissə başa çatıb, hesab açılmayıb.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə