“Real Madrid” Luka Yoviçlə yenidən müqavilə bağlayacaq

İspaniyanın “Real Madrid” klubunun serbiyalı hücumçusu Luka Yoviç komandada karyerasını davam etdirəcək. SİA-nın məlumatına görə, bu barədə “AS” nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, klub bu ilin yayında müqaviləsi başa çatacaq Luka Yoviçə yenidən şans vermək və onunla müqavilə bağlamaq niyyətindədir. “Kral” klubunda gələcəkdə forvardın əhəmiyyətli irəliləyiş əldə edəcəyinə və komandaya faydalı olacağına inanırlar.

Xatırladaq ki, hazırda “Real Madrid” İspaniya çempionatında 56 xalla ikinci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə