“Tokio-2020”yə hazırlıq prosesinə dair tədbir keçirilib

Fevralın 27-də Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Atletika Federasiyasının və MOK-un nümayəndə heyətləri arasında “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlıq prosesi ilə əlaqədar görüş keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri və “Tokio-2020” nümayəndə heyətinin rəhbəri Fərid Mansurov, MOK-un beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin müdiri Mehman Kərimov və idarə heyətinin digər nümayəndələri iştirak ediblər.

Görüşdə Azərbaycan Atletika Federasiyasını baş katib Məhərrəm Sultanzadə, baş məşqçi Bəhruz Salehli, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kənan Məhərrəmov və marketinq şöbəsinin mütəxəssisi İradə Mehdiyeva təmsil ediblər.

Söhbət zamanı Olimpiadaya lisenziya qazanmış idmançılar, idarə heyəti üzvlərinin və nümayəndələrin akkreditasiya məsələləri, səfər və yerləşdirilmə, hazırlıq, məşq prosesi, media və digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...