"Milan" İtaliya kubokunun yarımfinalında

Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

SİA az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Milan” “Torino” ilə qarşılaşıb. Dramatik keçən matçda qalib əlavə yarım saatda müəyyənləşib. Milanlılar hətta məğlub duruma düşmələrinə baxmayaraq, məhz əlavə vaxtda vurduqları qollar sayəsində növbəti mərhələyə yüksəliblər.

Daha öncə “Napoli” və “Yuventus” yarımfinala yüksəlmişdi. 1/4 finalın son matçı “İnter”lə “Fiorentina” arasında baş tutacaq.

İtaliya kuboku

1/4 final mərhələsi

21 yanvar

Napoli – Latsio 1:0

Qol: İnsinye, 2.

22 yanvar

Yuventus – Roma 3:1

Qol: Ronaldo, 26. Bentankur, 38. Bonuççi, 45+2 – Buffon, 50-öz qapısına.

28 yanvar

Milan – Torino 4:2

Qol: Bonaventura, 12. H.Çalhanoğlu, 90+1; 106. İbrahimoviç, 108 – Bremer, 34: 71.

29 yanvar

23:45 İnter – Fiorentina

Bütün xəbərlər Facebook səhifəmizdə