"Ankaragücü” klubunun yeni baş məşqçisi kimdir?

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisini Mustafa Reşit Akçay çalışdıracaq.

O, bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Mustafa Kaplanı əvəz edəcək. Akçayın müqavilə müddəti açıqlanmayıb.

“Ankaragücü” hazırda Türkiyə Superliqasında 19 oyuna 13 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...