"Türkiyənin "Barselona"sıyıq"

"Qalatasaray"ın təcrübəli futbolçusu Hamit Altıntop, "Marça" qəzetinə verdiyi açıqlamada maraqlı ifadələr dilə gətirib. Siasport.az saytı xəbər verir ki, Madrid "Real"ının keçmiş futbolçusu ispaniyalı həmkarlarımızla söhbətində "Qalatasaray"ın baş məşqçisi Fatih Terimi prinsipial qərarlar verən cəsur futbol mütəxəssisi kimi qiymətləndirərək bildirib ki, futbol fəlsəfəsi baxımından "Qalatasaray"ı Türkiyənin "Barselona"sı adlandırmaq olar. H.Altıntop, İstanbul klubunun aqressiv hücum futboluna üstünlük verdiyini deyərək, əsasən kollektiv oyun sistemində oynadıqlarını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə