Premyer Liqada 38-ci əcnəbi məşqçi STATİSTİKA

Azərbaycan Premyer Liqasının II turu "Bakı" klubunun baş məşqçisi Bojidar Bandoviçin debütü ilə əlamətdar oldu. Siasport.az saytının məlumatına görə, "Simurq"la ev oyununda debüt matçına çıxan paytaxt təmsilçisinin çalışdırıcısına qədər 37 legioner mütəxəssis Azərbaycan çempionatında meydana komanda çıxarmışdı. Onların bəziləri baş məşqçi, bəziləri isə istefaya göndərilən çalışdırıcını əvəzləyicisi kimi iş başında olub. Bandoviç bu siyahıya 38-ci məşqçi kimi düşüb.

Bandoviçə qədər 2 klub daha çox – hərəyə 5 əcnəbi baş məşqçiyə güvənmişdi. "Bakı"nın tarixində 6-cı əcnəbi olan Bandoviç komandasının bu göstəricidə rekordçu olmasına töhfə verdi. Paytaxtın eyniadlı təmsilçisində makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülent Korkmaz və Cüneyt Biçer, almaniyalı Vinfred Şafer, latviyalı Aleksandr Starkov çalışıb. Digər klublar isə əcnəbi məşqçi sayında "Bakı"dan geri qalır: "Bakı" - 6, "Xəzər Lənkəran" - 5, "İnter", "Simurq" – hərəsi 4, "Gənclərbirliyi" , "Neftçi", "Standard", "Turan" – hərəsi 3, "Muğan", AZAL, "Qəbələ" – hərəsi 2, "Karvan", "Masallı", "MKT-Araz", "Qarabağ", "Sumqayıt" – hərəsi 1.


Qeyd edək ki, 4 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçer, Rasim Kara, Qyoko Hacıyevski Premyer Liqada 2 klubda çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə