Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı start götürür

Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı start götürür

Bu gün Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı start götürəcək. SİA xəbər verir, I qrupda yer alan Azərbaycan millisi ilk turda İngiltərə yığması ilə üz-üzə gələcək.

Qarşılaşma saat 10:00-da start götürəcək. Qrupun digər görüşündə Danimarka İspaniya ilə görüşəcək. Bu matç da eyni saatda başlayacaq.

Bu gün II qrupda Fransa - Almaniya və Niderland - Çexiya oyunları da təşkil ediləcək. Həmin qarşılaşmalar saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə