Dekabrın 5-də ABŞ-ın Mayami şəhərində 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimi olacaq. SİA xəbər verir ki, bu barədə FİFA-nın saytında məlumat yayılıb.
Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da 32 komandanın iştirakı ilə yenilənmiş formatda keçiriləcək.
Açılış matçı “İnter Mayami”nin Fort Lauderdeyldəki ev stadionunda keçiriləcək. Artıq turnirdə 31 iştirakçı müəyyənləşib. Son klub noyabrın 30-da baş tutacaq Libertadores Kubokunun finalından sonra bəlli olacaq.
Xatırladaq ki, klublararası dünya çempionatının əvvəlki qalibi finalda Braziliyanın “Fluminense” klubunu məğlub edən (4:0) İngiltərənin “Mançester Siti” komandasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)
.jpg)

 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR GBP
 GBP
 RUB
 RUB