Mario Balotellinin yeni komandası bəlli olub

Mario Balotellinin yeni komandası bəlli olub

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını ölkəsində davam etdirəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu A Seriyasında çıxış edən “Cenoa” klubu ilə anlaşıb.

Yeni komandası ilə cari mövsümün sonunadək müqavilə imzalayacaq forvardın məvacibi 250-300 min avro olacaq.

Qeyd edək ki, Mario Balotelli son olaraq Türkiyədə “Adana Dəmirspor”un formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə