Paris-2024 Yay Olimpiya Oyunlarında futbol qarşılaşmaları start götürüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, İspaniya millisinin müdafiəçisi Mark Pubil Özbəkistanla qrup mərhələsinin oyununda turnirin ilk qolunu vurub.
Pubil qarşılaşmanın 29-cu dəqiqəsində fərqlənib. Görüş ispanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-sı təşkil olunacaq. Bağlanış mərasimi isə avqustun 11-nə təsadüf edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə