Olimpiakos” “Fənərbaxça”ya, “Aston Villa” “Lill”ə qalib gəldi

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsi start götürəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsindəki matçlar eyni gündə baş tutacaq.

Türkiyə təmsilçisi “Fənərbaxça” Yunanıstanın Pirey “Olimpiakos”un qonağı olub. Görüş Yunanıstan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərədə “Aston Villa” və “Lill” qarşılaşıb. Görüş meydan sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

Konfrans Liqası

1/4 final, ilk oyunlar

“Olimpiakos” – “Fənərbaxça” 3:2

Qollar: Fortounis, 8. Yovetiç, 32. Çiquinyo, 57 - Tadiç, 68 (P). İrfan Can, 74

“Viktoriya” – “Fiorentina” 0:0

“Brügge” - PAOK 1:0

Qollar: Vetlesen, 6.

“Aston Villa” – “Lill” 2:1

Qollar: Vatkins, 13. Makqin, 56 - Diakite, 84

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB