Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı bilinib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı bilinib. SİA-nın məlumatına görə, hər iki görüş dekabrın 10-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Günün ilk qarşılaşması “Murov Az Terminal” və “Xarı Bülbül Şuşa” komandaları arasında olacaq. Görüş saat 15:00-da başlayacaq. Saat 18:00-da isə isə “Azərreyl” komandası “Xarı Bülbül Laçın”la üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə