İsveçli boksçu Otto Vallin rusiyalı Murat Qasiyevlə əl sıxmaqdan imtina edib.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Rusiya Boks Federasiyasına istinadən xəbər verir.
Qeyd edək ki, hadisə idmançıların Türkiyədəki döyüşündən əvvəl çəkiölçmə zamanı baş verib.
Xatırladaq ki, ağırçəkililərin döyüşü sentyabrın 30-da baş tutacaq.
“...Mən burada onunla dost olmaq üçün deyil, onu məğlub etmək üçün gəlmişəm. Bu, dostluq axşamı deyil, boksdur. Mən Murata boksçu kimi hörmət edirəm”.
Bunu isveçli boksçu Otto Vallin bildirib.
Maraqlıdır ki, Qasiyev rəqibinin qərarını normal qəbul etdiyini və incimədiyini bildirib.
Yeri gəlmişkən Qasiyev Beynəlxalq Boks Federasiyasının (IBF) və Dünya Boks Assosiasiyasının (WBA) keçmiş çempionudur. Onun 30 qələbəsi və bir məğlubiyyəti var, digər bir döyüşü isə etibarsız sayılıb.
İsveçli boksçunun isə 25 qələbə və bir məğlubiyyəti var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə