İspaniya La Liqasında mövsümə yekun vuruldu

İspaniya La Liqasında mövsümə yekun vurulub. SİA xəbər verir ki, sonuncu - 38-ci turda çempion “Barselona” səfərdə “Selta”ya uduzub - 1:2.

Öz meydanında “Jirona”nı məğlub edən (2:1) “Osasuna” 7-ci yeri tutaraq Konfrans Liqasına vəsiqə əldə edib.

Çempion “Barselona” ilə yanaşı, “Real Madrid”, “Atletiko” və “Real Sosyedad” Çempionlar Liqasında, “Vilyarreal” və “Betis” Avropa Liqasında yarışacaqlar.

“Elçe” və “Espanyol”un ardınca “Valyadolid” də elita ilə vidalaşıb. Komanda 40 xalla 18-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə