“Mən ömür boyu səhərlər qidamı normal şəkildə qəbul etmişəm. Bəzi istisna hallarda səhər yeməyindən istifadə edə bilməmişəm”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədrinin sözlərinə görə, səhər yeməyinin nə qədər əhəmiyyətli olduğunu hər zaman dərk etmişəm: “Bunun nəticəsi olaraq da mən bu yaşımda eynəkdən istifadə etmirəm və daima özümü sağlam hiss edirəm. Fikrimcə, burada səhər yeməyinin böyük rolu var. Övladlarıma eyni zamanda da yaxınlarıma hər zaman səhər yeməyinin mühüm olduğunu bildirirəm. Tövsiyyə edərdim ki, səhər yeməyini hər zaman eyni saatda qəbul etmək daha yaxşıdır. Səhər yemıyi insan orqanizmasının sağlam şəkildə qalmasında böyük rolu var. Səhər yeməyi insanın gündəlik enerji mənbəyidir. Günorta və axşam yeməklərinin saatını keçirmək olar. Lakin insan səhər duranda mütləq səhər yeməyi faktoruna diqqət etməlidir. Çünki artıq qidanı həzm etmiş orqanizm mədə-bağırsaqda toplaşır və bədən artıq rahatlıqla qidanı qəbul edir. İnsan səhər yeməyi yeməsə mədəsində müəyyən narahatlığın yaranmasına şərait yaradacaq. Səhər yeməyi insanın normal inkişaf etməsində mühüm rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB