DİN məktəblərdə “patı” satışı ilə bağlı iddialara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) məktəblərdə metamfetamin satılması ilə bağlı iddialara münasibət bildirib.

SIA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat yayıb.
Qurum rəsmisi bildirib ki, məktəblərdə "patı" olması və onun satışının həyata keçirilməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtda yerləşən 165 saylı tam orta məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntülər yayılıb.
Bununla bağlı açıqlama verən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Validə Ağalarova nalayiq hərəkətlər edən şagirdin məktəbdə narkotik vasitə olan "patı" satdığı haqqında ona məlumat verildiyini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə