“20 Yanvar hadisəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”

Bu gün "Sübhnur" Tədris Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə və şəhid Əli Məmmədzadəyə həsr olunmuş anım tədbiri keçirilib. Qazilərin və şəhid anasının iştirak etdiyi tədbirdə Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova çıxış edərək, 20 Yanvar hadisəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu bildirib. G.Hüseynova diqqətə çatdırıb ki, faciənin dövlət səviyyəsində qeyd olunması, gənc nəslin tərbiyəsində xüsusi yer tutur, onların vətənpərvər, azadlıq ruhunda böyümələri üçün mühüm zəmin yaradır.

Natiq 20 Yanvar faciəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib, bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yaşadılacağını bildirib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsində əsas rolu oynayan gənclər artıq daha böyük ruh yüksəkliyi və məğrurluq hissi ilə şəhidlərimizin məzarlarını ziyarət edir, qanlarının yerdə qalmadığını onlara çatdırırdılar. Artıq bütün şəhidlərimizin ruhları dincdir. Müstəqilliyimiz möhkəm, Vətənimiz bütövdür”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...