Qızıldaş qəsəbəsində Şəhid Elşən Aslanovun anım mərasimi keçrilib

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Aslanov Elşən Alxas oğlunun il mərasimi keçirilib. Anım mərasimində Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyəti başçısı aparatı və YAP Qaradağ rayon təşkilatı aparatının məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri və şəhidin ailə üzvləri, qazilər iştirak ediblər.

Şəhidin məzarı üzərinə çələng və gül dəstələri qoymuşlar. Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə şəhidin yaxınları Şəhidin xatirəsinə göstərilən hörmət və ehtirama görə Cənab Ali Baş Komandana öz minnətdarlığını bildiriblər.

Daha sonra rayonun rəhbərliyi Qızıldaş qəsəbəsində şəhidin bir illiyi ilə əlaqədar təşkil olunmuş il mərasiminə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə