AMEA-ya yeni sözçü təyin olunub

AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektoruna müdir təyin olunub.

SİA-nın xəbərinə, vəzifəyə jurnalist Leyli Namiqqızı gətirilib.

Bundan sonra mətbuat nümayəndələrinin suallarını İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov və yeni sektor müdiri Leyli Namiqqızı cavablandıracaq.

Qeyd edək ki, o, bu vəzifəyə qədər ARB televiziyasında aparıcı işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə